futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov “Sampdoriya”da çıxış edən Lorenso Mezzotorenin millidəki gələcəyi haqqında danışıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis zədə səbəbindən yığmanın düşərgəsini tərk edən forvardın milli seçimi ilə bağlı qərarı özünün verəcəyini deyib:
“Lorensonu izləyirdik, bundan əvvəl özü də Azərbaycan millisində oynamaq istəmişdi. Bilirsiniz ki, aşağı yaşlılardan rəsmi dəvət almışdı, U-21-də oyuna çıxmışdı. Mən onu canlı şəkildə Cəbəllüttariq ilə oyunda izləmişdim. O, həm də öz klubunda çox yaxşı çıxış etdi və bu bizim diqqətimizi çəkdi. Bizim geniş siyahımız var idi, ama 23 futbolçunun içindən onu seçdik. Amma sonradan onun klubundan bizə müraciət etdilər, kiçik zədəsi var idi, biz də buna inandıq. Gələn toplanışlarda yaxşı formada olsa, yenə dəvət alacaq. Əgər o, Azərbaycan millisində oynamaq istəməsə, bu onun öz qərarı olacaq. Mən həmişə demişəm ki, milli forma sevilməli, ona dəyər verilməlidir, milli formada heç bir məcburiyyət olmamalıdır”.
Futbolpress.az
Vaduts, Lixtenşteyn
Medianın Lixtenşteyn səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilir.