Azərbaycan millisində YENİ FUTBOLÇU

27.05.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb olunub.

Apasport.az xəbər verir ki, Belçikanın “Sent-Truiden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21 millinin düşərgəsinə qoşulub.

18 yaşlı sol vinger 2025-2026-cı illər mövsümündə “Sent-Truiden”in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub.

U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.

“Turan Tovuz” kolumbiyalı ilə bağlı qərarını verdi II Liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi II Liqa ilə bağlı yeni qərar: pley-off oyunu keçiriləcək “Kəpəz”də yeni müqavilə - RƏSMİ “Turan Tovuz”un futbolçusu DÇ-2026-da - AZƏRBAYCAN TARİXİNDƏ İLK
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью