Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə yekun vurulub.
Futbolpress.az xəbər verir ki, yarışın sonuncu günündə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 11 dəst medal uğrunda gərgin mübarizə gedib.
Milli komandamız reqatanın son günündə aktivinə 3 qızıl, 3 gümüş və 5 bürünc medal yazdırıb.
Qızıl medalları 2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2010-2011) Mustafa Vəlizadə və 1 nəfərlik kayakda 500 metr məsafədə (2008-2009) Əlimurad Hacızadə qazanıblar.
Gümüş medalları Akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) Azər İlyasov – İsabala Dadaşzadə, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Qiyas Əhmədov və 2 nəfərlik kayak qayığında 500 metr məsafədə (2010-2011) Elmir Tarverdiyev – Mustafa Vəlizadə əldə ediblər.
Bürünc medallara: 2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2010-2011) Maqsud Mantaşev – Nizami Kərimov, eyni növdə (2008-2009) Mikayıl Vəliyev – Sabir Ağayev, 1 nəfərlik kanoedə 500 metr məsafədə (2008-2009) Hüseyn Səmədli, akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) İsmayıl Şirinov – Tunar Məmmədzadə və 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze sahib olublar.
Bu nəticələrlə Azərbaycan seçməsi “Mingəçevir Reqatası-2026”nı ümumilikdə 7 qızıl, 5 gümüş və 10 bürünc (toplam 22 medal) göstəricisi ilə başa vurub.