futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Belçikanın Antverpen şəhərində təşkil olunan Avropa çempionatında böyük uğura imza ataraq yarımfinala yüksəlib.
Futbolpress.az xəbər verir ki, yığmamız 1/4 final mərhələsində Avropanın iddialı təmsilçilərindən olan Fransa millisini 20:15 hesabı ilə məğlub edib.
Finala vəsiqə uğrunda həlledici matçda basketbolçularımız İspaniya yığması ilə güclərini sınayacaqlar.
Yarımfinal qarşılaşması bu gün, sentyabrın 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.