Azərbaycan millisindən qələbə

12.05.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün üçüncü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, U-17 B qrupundakı son görüşündə Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qolları 57-ci dəqiqədə Əhməd Vəliyev və 66-cı dəqiqədə İmran Süleymanzadə vurub.

Qeyd edək ki, milli komanda turnir çərçivəsində keçirdiyi ilk iki matçında Rusiyaya (0:3) məğlub olub, İrana (1:0) qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью