Azərbaycan millisini İsveçlə oyunda 200ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir

18.11.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Azərbaycan yığmasını UEFA Millətlər Liqasının VI turunda sabah baş tutacaq İsveçlə oyunda 200-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

“Təxminən 200 azarkeşin gəlməsi gözlənilir. Amma oyun saatına kimi bu say bir az arta bilər”, - deyə qurum rəsmisi söyləyib.

Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью