Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb

15.11.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının ilkin mərhələsinin B qrupunda keçirəcəyi oyunların təqvimi açıqlanıb.

"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmalar San Marinoda baş tutacaq.

Avropa çempionatının ilkin mərhələsi

B qrupu

24 yanvar

Kosovo – San Marino

25 yanvar

Azərbaycan – Kosovo

26 yanvar

San Marino – Azərbaycan

Qeyd edək ki, yalnız birinci yeri tutan komanda əsas mərhələyə vəsiqə qazanacaq və 7-ci qrupda Xorvatiya, Bosniya və Herseqovina, Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar martın 25-30-da Xorvatiyada keçiriləcək.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью