Azərbaycan millisinin baş məşqçi postuna namizədlər bəlli oldular

05.03.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA futbol üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının (U-21) baş məşqçisi vəzifəsinə namizədlərin qısa siyahısını müəyyən edib.

Oxu.Az xəbər verir ki, hazırda siyahıda 3-ü Misli Premyer Liqa klublarına rəhbərlik edən 4 mütəxəssisin adı var: Elmar Baxşıyev ("Araz-Naxçıvan"), Ayxan Abbasov ("Şamaxı"), Azər Bağırov ("Kəpəz") və UEFA-nın məşqçilik kurslarında təlimatçı olan Arif Əsədov.

Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələ və Azərbaycanın müxtəlif milli komandalarının digər məşqçiləri ilə bağlı qərar veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью