Azərbaycan millisinin baş məşqçisi Dünya Güləş Birliyinin yeni təlimatçısı seçilib

22.11.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani Dünya Güləş Birliyinin (UWW) yeni təlimatçısı seçilib.

Oxu.Az federasiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, gənc mütəxəssis yeni funksiyasını 2025-2026-cı illər ərzində UWW-nin müxtəlif ölkələrdə keçirəcəyi nəzəri və praktiki təlimlərdən ibarət olan məşqçilik kurslarında icra edəcək.

Qeyd edək ki, gələn il ilk belə tədbir yanvarın 23-26-da Serbiyada təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью