Azərbaycan millisinin baş məşqçisi: Finala yüksəlmək möhtəşəm duyğudur

30.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlmələrini şərh edib.

Oxu.Az xəbər verir ki, mütəxəssis yarımfinalda Monteneqro üzərində qazanılan qələbənin çətin başa gəldiyini bildirib:

"Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Möhtəşəm qələbə qazandıq. Finala yüksəlmək möhtəşəm duyğudur. Əməyi olanlara ürəkdən təşəkkürümü bildirirəm. Arenaya toplaşan azarkeşlər bizə bu işdə çox kömək etdilər. Bazar gününə qədər finala yüksəlməyin sevincini yaşayacağıq".

Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda Monteneqroya 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью