Azərbaycan millisinin baş məşqçisi ilə yeni müqavilə Rəsmi

03.02.2025

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddəti uzadılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qərar qəbul olunub.

Belə bir qərar yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirak edəcəyi ilə əsaslandırılıb.

Yeni müqavilə mayın 1-dək nəzərdə tutulub.

Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью