Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Bakı, 14 noyabr, AZƏRTAC “Sona qədər vuruşacağımıza inanırıq”AZƏRTAC xəbər verir ki, bu sö
İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik.
Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik.
Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”.Baş məşqçi qarşıdakı matça 3 xal qazanmaq üçün çıxacaqlarını söyləyib: “Növbəti rəqibimiz İrlandiya millisidir.
Birinci oyunda uduzmağımıza baxmayaraq, hələ də şanslarımız qalır. Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq.
Üç xal bizim üçün çox önəmlidir və meydana məhz bu məqsədlə çıxacağıq”.Qeyd edək ki, U-19 millimizin İrlandiya ilə oyunu noyabrın 16-da Bakı vaxtı ilə saat 14:00-da Moldovanın paytaxtı Kişineu şəhərində yerləşən “Zimbru-2” stadionunda keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.