Azərbaycan millisinin baş məşqçisi xüsusi mükafata layiq görüldü FOTO

23.04.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi və performans direktoru Riçard Trautman Avropa Cüdo Birliyinin (EJU) xüsusi mükafatına layiq görülüb.

Gununsesi.info xəbər verir ki, təltifetmə Monteneqronun paytaxtı Podqoritsadakı Avropa çempionatı ilə əlaqədar mətbuat konfransından sonra gerçəkləşib.

EJU prezidenti Laslo Tot almaniyalı mütəxəssisə yorulmaz əməyi, işinə sadiqliyi və cüdodakı nailiyyətlərinə görə plaket təqdim edib.

Eyni mükafatı monteneqrolu olimpiya çempionu Yovana Pekoviç, eləcə də fransalı olimpiya, dünya və Avropa çempionu Klarissa Aqbenyu əldə edib.

Xatırladaq ki, bir müddət əvvəl Riçard Trautman Beynəlxalq Cüdo Federasiyası tərəfindən “Ən yaxşı kişi komanda məşqçisi” adına layiq görülüb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью