Azərbaycan millisinin baş məşqçisi: Yığmada görəcəyimiz işlər çoxdur

17.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yığmada görəcəyimiz işlər çoxdur.

"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsində İsveçə qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis heç-heçə etdikləri görüş barədə danışıb:

"Oyuna çox yaxşı başlamışdıq, hətta qol da vurduq. Lakin cərimələrimizin sayı çox idi. Artıq 12 dəqiqə ərzində 5 dəfə qayda pozuntusuna yol vermişdik. Bundan sonra öz oyunumuzu oynaya bilmədik. İkinci hissəyə də yaxşı başladıq, futzalçılarımın oyunundam çox razı qaldım. Bununla belə, yığmada görəcəyimiz çox işlər var".

Qeyd edək ki, Azərbaycan - İsveç oyunu 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью