Azərbaycan millisinin baş məşqçisi: Yunanıstan və İsveçlə olan oyunlar bizim üçün final se…
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Yunanıstan və İsveçlə olan oyunlar bizim üçün final seriyasıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov deyib.
Federasiyanın mətbuat xidmətinə açıqlama verən mütəxəssis yığmanın AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəkləri oyun barədə danışıb: “Xorvatiya səfərindən sonra uşaqlarda yorğunluq olduğuna görə, bir qədər istirahət verdik.
Bakıya döndükdən sonra iki məşqimiz oldu. Komanda olaraq məğlubiyyəti unutmalı, Yunanıstanla görüşə köklənməliyik.
Çünki qarşıdakı 3 oyun – Yunanıstanla iki, İsveçlə səfərdəki görüş bizim üçün final seriyasıdır. Xüsusilə də sabahkı matç çox vacibdir".
O, heyətdə bir sıra dəyişikliklərin edildiyini söyləyib: !Bakıya döndükdən sonra heyətdə bir dəyişiklik etmişik.
İlham Alıyevin əvəzinə Seymur Məmmədovu komandaya dəvət etdik. Seymur zədəsini sağaldıb.
O, daha təcrübəli futzalçıdır və müdafiədə bizə çox kömək edə bilər. Heyətimizdə müdafiəçilərin sayı azdır.
Tam oxu
Xəbəri oxu