Azərbaycan millisinin basketbolçusu “Neftçi”yə keçib

11.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 avqust, AZƏRTAC

"Neftçi" Azərbaycan milli komandasının aparıcı basketbolçularından olan Cəbrayıl Əkbərovu heyətinə cəlb edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, 1,94 metr boya malik hücumçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.

Ötən mövsüm "Gəncə" klubunun şərəfini qoruyan 24 yaşlı basketbolçu Azərbaycan millisinin üzvü kimi beynəlxalq arenalarda, o cümlədən “Avro-2029”un ilkin seçmə mərhələsində ölkəmizi təmsil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью