Azərbaycan millisinin basketbolçusu: Səhvlərimizin üzərində işləyəcəyik

24.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 may, Cavid Əliyev, AZƏRTAC

Təəssüf ki, Latviya bizdən üstün mübarizə apardı.

AZƏRTAC xəbər verir ki, bu sözləri basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanova Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələ oyunları barədə danışarkən deyib.

O bildirib ki, rəqib oyun boyu üstün mübarizə aparıb: "Zəif çıxış etdik. Səhvlərimiz oldu. Bunun üzərində işləyəcəyik. Artıq sabahdan məşqlərimiz olacaq. Düşünürəm ki, burada yaşadığımız məğlubiyyət gələcək oyunlarda komandanı daha güclü olmağa sövq edəcək".

Qeyd edək ki, milli komanda ilk oyunda Misirə (14:12) qalib gəlsə də, Latviyaya uduzaraq (11:18) qrupda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью