Azərbaycan millisinin Belarusla yoxlama oyunları təxirə salınıb

04.11.2024

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Belarusda keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri təxirə salınıb.

Toplanış və oyunlar hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.

Yoldaşlıq matçının 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə daha sonra məlumat veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью