Azərbaycan millisinin Belçika ilə görüşünün məkanı dəqiqləşdi

10.01.2025

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son iki görüşün məkanı və başlama saatları müəyyənləşib.

Sportal.az xəbər verir ki, millimiz fevralın 6-da Ostende şəhərindəki "COREtec Dome" arenada qrup lideri Belçika yığmasının qonağı olacaq. Bundan üç gün sonra isə komanda "Sərhədçi" İdman Mərkəzində Polşanı qəbul edəcək.

Qeyd edək ki, Belçika yığması ilə oyun Bakı vaxtı ilə saat 23:15-də, Polşaya qarşı matç isə 17:00-da başlayacaq. Yarışın final mərhələsi 2025-ci ilin iyununda baş tutacaq.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью