Azərbaycan millisinin bəxti gətirmədi Erkən final nə vaxt olacaq? | Icma.az
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın minifutbol üzrə milli komandası dünya çempionatının 1/8 final mərhələsində son dünya çempionu Rumıniya ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, erkən final adlandırılan duel Milli Gimnastika Arenasında keçiriləcək.
A qrupunu lider kimi tamamlayan Azərbaycan millisi növbəti mərhələdə B qrupunun ikincisi Rumıniya ilə sabah - mayın 27-də üz-üzə gələcək.
Oyun saat 20:30-da başlanacaq. Qeyd edək ki, son illər tərəflər tez-tez üz-üzə gəlir.
Millimiz çempion olduğu AÇ-2022-ci ildə Rumıniya ilə iki dəfə qarşılaşıb.
Qrupda rəqibinə 0:1 yenilən minifutbolçularımız finala qədər irəliləməyi bacarmış, həlledici oyunda məhz rumınları eyni hesabla məğlub edərək tarixində ilk dəfə qitə çempionu olub.
Yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub. Azərbaycan millisi ötən il Monteneqroda təşkil olunan beynəlxalq turnirdə dünya çempionu R
Tam oxu
Xəbəri oxu