Azərbaycan millisinin Çexiya sınağı Milli tək qalmayacaq

10.10.2025

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan U-21 millisi bu gün Çexiya ilə üz-üzə gələcək. 

İdmanxeber.az-ın sözügedən ölkəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli tərəfdarlar matça elə də böyük maraq göstərmir. Görüşə 500-ə yaxın bilet satılıb. 

Millimiz də bu qarşılaşmada dəstəksiz qalmayacaq. “Milli dəstə” azarkeş qrupu stadionda yığmamızı qələbəyə səsləyəcək.

Xatırladaq ki, matç “Town Stadium Karvina”da baş tutacaq. Stadion 4833 azarkeş tutumuna malikdir.

Oyun Bakı vaxtı ilə saat 20:00-da baş start götürəcək.

Qeyd: Jurnalistlərin Çexiya səfəri “Misli” və AFFA-nın dəstəyi ilə həyata keçirilib”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью