Azərbaycan millisinin DÇ də ilk rəqibi məlum oldu

11.10.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq səkkizinci yarış günündə 18 ölkədən 192 cüdoçu mübarizə aparacaq.

Azərbaycan millisi yarışa 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz bu mərhələni keçəcəyi təqdirdə 1/8 finalda Yaponiya seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşmalar altı çəki dərəcəsində - kişilər arasında 73, 90 və 90 kq-dan yuxarı, qadınlarda isə 57, 70 və 70 kq-dan yuxarı çəkilərdə keçiriləcək.

Azərbaycan millisinin heyətində 11 cüdoçu yer alıb.

Qadınlar:
57 kq: Gültac Məmmədəliyeva, Xədicə Qədəşova
70 kq: Südabə Ağayeva, Hanna Zaytseva
+70 kq: Madina Kaisinova

Kişilər:
73 kq: Rəşid Məmmədəliyev, Ruslan Paşayev
90 kq: Zelim Tçkayev, Süleyman Şükürov
+90 kq: Zelim Kotsoyev, Uşanqi Kokauri

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə - yeddi medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью