Azərbaycan millisinin FİFA reytinqindəki yeni mövqeyi bilindi

28.11.2024

Operativmedia portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Operativ Media" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi bir pillə irəliləyib.

Noyabr ayının reytinqinə əsasən, yığmamız xal itkisi ilə üzləşsə də, (1158,7) siyahıda 117-ci pilləyə yüksəlib.

FIFA reytinqinə 1867,25 xalla Argentina başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1853,27) üçüncü pillədədir.

Qeyd edək ki, növbəti FIFA reytinqi dekabrın 12-də açıqlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью