Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla Almaniyada komandasını dəyişib.
Bu barədə AZƏRTAC-a yarımmüdafiəçinin özü məlumat verib.
O, Bundesliqada Gənclər Liqasında mübarizə aparan "Berliner"in klubunun U-19 komandasına keçib. Yığma üzvü hazırda yeni komandası ilə birgə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında iştirak edir.
Berlin təmsilçisi yoxlama matçlarında Rusiyanın "Krasnodar" və "Spartak" (Moskva) klubları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Zeyd Nəsirulla bunadək "Herta Zelendorf”un U-19 komandasında çıxış edib.