Azərbaycan millisinin futbolçusu Almaniyada komandasını dəyişib

18.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin üzvü Zeyd Nəsirulla Almaniyada komandasını dəyişib.

Bu barədə AZƏRTAC-a müdafiəçinin özü məlumat verib.

O, U-19 Bundesliqada mübarizə aparan “Ştaaken” klubuna keçib. Futbolçu bunadək “Berliner”in U-19 komandasında çıxış edirdi.

1,85 metr boya malik oyunçu ötən mövsüm “Bavariya” və “Leypsiq” kimi klubların akademiyalarına qarşı matçlarda iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью