Azərbaycan millisinin futbolçusu Cənubi Koreya klubu ilə yeni müqavilə imzalayıb AZƏRTAC

10.12.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 10 dekabr, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubu ilə müqaviləsinin müddətini uzadıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi 2027-ci ilin sonunadək K1 Liqasında mübarizə aparan komandanın şərəfini qoruyacaq.

Bununla bağlı Cənubi Koreya təmsilçisinin mətbuat xidmətinə açıqlama verən oyunçu sözləşmənin müddətini yenilədiyi üçün şad olduğunu və növbəti mövsüm liqada ən yaxşısını edəcəyini bildirib.

Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ilin fevral ayından “Tecon Xana Sitizen”da çıxış edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью