Azərbaycan millisinin futbolçusu daha bir oyunu buraxacaq

30.01.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının və “Araz-Naxçıvan”ın futbolçusu Bəxtiyar Həsənalızadə Premyer Liqada XXI turun “Sumqayıt”la səfər oyununu da buraxacaq.

Bu barədə Teleqraf.com-a 33 yaşlı müdafiəçinin özü məlumat verib.

Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə” ilə matçda zədələnən təcrübəli oyunçu bərpa prosesinin hələ davam etdiyini açıqlayıb: “Zədəm hələ davam edir. Həkimlər məşqlərə nə vaxt başlayacağımı dəqiq demirlər. Minimum iki həftə davam edəcək”.

Qeyd edək ki, "Sumqayıt" - “Araz-Naxçıvan” oyunu fevralın 1-də olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью