Azərbaycan millisinin futbolçusu əsas heyətdən kənarlaşdırıldı

06.09.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Polessye"də (Ukrayna) çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib.

Oxu.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Mustafayevdən başqa klubunun daha 5 futbolçusu da əsas komandadan uzaqlaşdırılıb.

Baş məşqçi Ruslan Rotanın planlarında bu futbolçuların olmadığı bildirilib.

Emil Mustafayev bu mövsüm "Polessye"nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb.

"Polessye" hazırda 3 xalla Ukrayna Premyer Liqasında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью