Azərbaycan millisinin futbolçusu “Fənərbağça”ya keçib

14.07.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 iyul, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağın yeni klubu bəlli olub.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı oyunçu "Fənərbağça"ya keçib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью