Azərbaycan millisinin futbolçusu “Fənərbağça”ya keçib

15.07.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağın yeni klubu bəlli olub. SİA xəbər verir ki, 26 yaşlı oyunçu "Fənərbağça"ya keçib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью