Azərbaycan millisinin futbolçusu İsveçə məğlubiyyəti şərh edib AZƏRTAC

20.11.2024

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

“Deyiləcək başqa bir söz yoxdur”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökcü UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığmasına məğlub olduqları VI tur oyunu (0:6) barədə danışarkən deyib.

O, böyük hesablı məğlubiyyətə görə məyus olduğunu bildirib: “Bizim adımıza utancverici nəticə oldu. İndi məğlubiyyətə səbəb göstərmək heç də asan deyil. Çünki yanlış ifadə işlətməkdən qorxuram”.

Qeyd edək ki, C Divizionunun I qrupunu 1 xalla sonuncu pillədə başa vuran Azərbaycan millisi D Liqasına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью