Azərbaycan millisinin futbolçusu klub axtarışındadır

13.05.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin üzvü Rahil Məmmədov Polşanın “Radomiak” klubundan ayrılacaq.

Futbolpress.az-ın məlumatına görə, bir müddətdir heyətdən kənarlaşdırılan müdafiəçi artıq qərarını verib. Rahil klub axtarışındandır.

Müdafiəçi üçün prioritet Polşada qalmaq və legioner karyerasına davam etməkdir. “Radomiak”la müqaviləsi 2026-cı ilin yayına kimi olan 29 yaşlı oyunçu təklif gözləyir.

Rahil 2024-cü ilin iyulundan Ekstraklasa təmsilçisində çıxış edir. O, bu mövsüm liqada 12 oyunda meydana çıxıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью