Azərbaycan millisinin futbolçusu klubunu dəyişib

17.12.2024

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov klubunu dəyişib.

"Şamaxı"nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 21 yaşlı müdafiəçi bölgə təmsilçisi ilə anlaşıb.

O, Bolqarıstanın "Arda" klubu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Cəlal Hüseynov 2022/2023 mövsümündə icarə əsasında "Şamaxı"nın formasını geyinib. 2023-cü ilin yayında "Arda"ya keçən futbolçu bu komandanın heyətində 45 matça çıxıb və 1 qolla yadda qalıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью