Azərbaycan millisinin futbolçusu: Layiq olduğumuz liqaya geri dönəcəyik AZƏRTAC

15.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 noyabr, AZƏRTAC

“Hazırda Azərbaycan millisinin yeri B Liqasıdır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Nazlıcan Parlak UEFA Millətlər Liqasının C Divizionundakı rəqibləri barədə danışarkən deyib.

O, yenidən B Liqasında qayıdacaqlarına inandığını bildirib: “Rəqiblərimiz Litva və Monteneqro komandalarıdır. Monteneqro yığması ilə dəfələrlə qarşılaşmışıq. Hətta rəqib üzərində qələbəmiz də var. Litva ilə müqayisədə daha hazırlıqlı komandadır. Lakin biz də zəif deyilik. Əksinə, güclü kollektivik. B Liqasındakı oyunumuz və Türkiyə seçməsi üzərindəki qələbə ilə bunu sübut etdik”.

Hazırda Türkiyənin “Qalatasaray” komandasında çıxış edən yarımmüdafiəçi rəqiblərdən çəkinmədiklərini söyləyib: “Azərbaycan millisinin heyətindəki futbolçuların bəziləri xarici klublarda oynayırlar. Artıq yetərincə təcrübə toplamışıq. Komandamıza inanmalıdırlar, biz güclüyük. Yenidən layiq olduğumuz liqaya geri dönəcəyik”.

Qeyd edək ki, C liqasının 4-cü qrupunda yer alan yığma ilk görüşün fevralın 21-də doğma meydanda Monteneqro seçməsinə qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью