Azərbaycan millisinin futbolçusu zədə səbəbindən bu il meydana çıxa bilməyəcək

15.11.2024

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Rüstəm Əhmədzadə zədə səbəbindən bu il meydana çıxa bilməyəcək.

Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hücumçu qış fasiləsindən sonra sıraya dönə biləcək. "Qartallar"ın digər oyunçusu Qismət Alıyev isə təxminən 10 gündən sonra yaşıl meydanlara qayıdacaq.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью