Azərbaycan millisinin Haiti seçməsi ilə görüşünün saatı bəlli oldu

06.03.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Azərbaycan və Haiti milliləri arasında keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib.

Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, millimiz martın 25-də, saat 21:45-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью