Azərbaycan millisinin həndbolçusu beynəlxalq turnirin bombardiri olub

03.12.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan millisinin üzvü Luiza Nikitçenko Beynəlxalq Həndbol Federasiyasının 17 yaşadək qızlar arasında təşkil etdiyi “Trofi” turnirində fərqlənib. SİA xəbər verir ki, “Qarabağ” klubunun həndbolçusu yarışın ən sərrast oyunçusu seçilib.

Yığmanın heyətində Böyük Britaniya, Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı matçlarda meydana çıxan gənc həndbolçu rəqib qapılarından ümumilkdə 35 top keçirib.

Bununla bağlı millimizin üzvünə turnirin xüsusi mükafatı təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью