Azərbaycan millisinin heyəti açıqlanıb: İlk sınaq üçün

24.04.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

12 yaşadək oğlan reqbiçilərdən ibarət Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, yeni formalaşan yığmamızın ilk sınağı Bosniya və Herseqovinanın Zenitsa şəhərində gerçəkləşəcək.

Komandamız mayın 17-də start götürəcək yarışa 14 oyunçu ilə yollanacaq. Baş məşqçi Eldar Kərimov turnirdə Tahir Rəhimov, Cavad İsmayılzadə, Səid Zeynalov, Ömər İbrahimli, İbrahim Mehdisoy (hamısı "EAS Simurq"), İbrahim Əlizadə, Əzim Əlizadə, Tamerlan Aydayev, Vəli Vəlizadə (hamısı "Dünya school"), Əli Qubadzadə, Ziya Oruclu, Hidayət Xəlilzadə, Nadir İsmayılzadə (hamısı "Qarabağ"), İsmayıl Salmanov ("Şamaxı OM").

Qeyd edək ki, mayın 18-də başa çatacaq turnirdə yığmamızın kapitanı Əli Qubadzadə olacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью