Azərbaycan millisinin heyətində 3 dəyişiklik edildi

07.04.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç və aprelin 15-də Bakıda Xorvatiya yığmaları ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi dünəndən təlim-məşq toplanışına başlayıb.

Fanat.Az xəbər verir ki, daha öncə açıqlanan ilkin heyətdə 3 dəyişiklik edilib.

Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə, Rövşən Hüseynli isə baş məşqçinin qərarı ilə toplanışdan kənarlaşdırılıb. Əvəzində Vitali Borisov “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək komandamız ertəsi gün İsveçə yola düşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью