Azərbaycan millisinin heyətində dəyişiklik edildi

10.11.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Fanat.Az xəbər verir ki, Rüstəm Əhmədzadə klubu “Zirə”nin sıralarında zədələndiyi üçün heyətdən çıxarılıb. Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.

Qeyd edək ki, Azərbaycan seçməsi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya, noyabrın 19-da isə Solnada İsveç ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью