Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədələnib

31.08.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 31 avqust, AZƏRTAC

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli zədələnib.

AZƏRTAC xəbər verir ki, 28 yaşlı hücumçu bu səbəbdən komandasının 2-ci Bundesliqanın V turunda bu gün "Darmştadt"a qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə oyunları üçün Azərbaycan millisinin heyətinə cəlb olunub. Onun zədəsinə görə heyətdən çıxarılıb-çıxarılmayacağı hələ bilinmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью