Azərbaycan millisinin hücumçusu “Neftçi”nin gündəmində

03.08.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Konfrans Liqası ilə vidalaşan “Neftçi” heyətini hücumçu ilə gücləndirmək niyyətindədir.

Futbolpress.az-ın məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub komandaya yeni forvardın gətirilməsini istəyib.

Namizədlər arasında Azərbaycan millisinin üzvü Renat Dadaşov da var. “Neftçi” daha əvvəl bir neçə dəfə hücumçu ilə danışıqlar aparsa da, razılığa gələ bilməyib. Paytaxt klubu onu yenidən gündəmə gətirib.

Son klubu Polşada “Motor” olan Renat hazırda azad agentdir.

“Neftçi” yay transfer dönəmində hücum xəttinə slovakiyalı Lyubomir Tuptanı transfer edib. 28 yaşlı futbolçu cinahlarda daha effektivdir və bu səbəbdən komandanın yeni mərkəz hücumçusuna ehtiyac var.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью