futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı futbolçu “Bukovina”ya keçib. Bu barədə Ukrayna klubunun mətbuat xidməti məlumat yayıb. Renatla 1+1 illik müqavilə imzalanıb.
Son ünvanı “Motor” (Polşa) olan Dadaşov karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında çıxış edib.
Renat Azərbaycan yığmasında 45 oyunda 7 qol vurub.
“Bukovina” Ukrayna Premyer Liqasında 5 turdan sonra 6 xalla 8-ci sıradadır.