Azərbaycan millisinin hücumçusunun zədəsi ciddidir

11.11.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Rüstəm Əhmədzadənin zədəsi ciddidir.

Bu barədə Bakıvaxtı.az-a Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

23 yaşlı hücumçu ötən gün "Qarabağ"a uduzduqları Misli Premyer Liqasının XIII turunun matçında sıradan çıxıb. Qarşılaşmanın ikinci hissəsində əzələsini dartan forvard 77-ci dəqiqədə Hacıağa Hacılı ilə əvəzlənib.

Onun nə vaxt yaşıl meydanlara qayıdacağı tibbi yoxlanışdan sonra bəlli olacaq.

Qeyd edək ki, Rüstəm Əhmədzadə Azərbaycan yığmasına dəvət alsa da, heyətdən çıxarılıb. Onun yerinə komandaya "Qarabağ"dan Musa Qurbanlı cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью