Azərbaycan millisinin iki üzvü İranda medal qazandı

07.05.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

İranın Behşehr şəhərində sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə start verilib.

Futbolpress.az xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.

7 ölkənin idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə U20 milli komandanın 2 üzvü fəxri kürsüyə qalxıb.

Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.

Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.

Bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью