Azərbaycan millisinin kapitanı: Qrupu lider olaraq başa vuracağımıza inanıram

23.05.2025

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisinin kapitanı Elvin Əlizadə minifutbol üzrə dünya çempionatında yer aldıqları A qrupunu birinci pillədə tamamlayacaqlarına inanır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə futbolçu Sloveniya ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Baxmayaraq ki, ev sahibi komandayıq. İlk oyunda meydana öyrəşə ilmədiyimiz üçün qələbəni əldən verdik. Artıq hər şey istədiyimiz kimi gedir. İnşallah, qrupdan lider olaraq çıxacağıq. Qələbəyə görə, bütün Azərbaycan xalqını təbrik edirəm",

Qeyd edək ki, yığma A qrupundakı ikinci görüşündə Sloveniyaya 4:0 hesabı ilə qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью