Azərbaycan millisinin kapitanı Xilasedici də

12.07.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Kişi voleybolçular arasında Azərbaycan çempionatının bürünc mükafatçısı "Xilasedici" heyətini gücləndirməyə başlayıb.

İdman.biz xəbər verir ki, komanda millimizin kapitanı Vüqar Bayramovu transfer edib.

O, son mövsümü "Murov Az Terminal"da keçirərək çempionatın gümüş mükafatçısı olub.

Qeyd edək ki, ölkə kubokunun sahibi olan "Xilasedici" yeni mövsümdə avrokuboklarda çıxış edəcək. Klub Çağırış kubokunda iştirak üçün müraciət edib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью