Azərbaycan millisinin keçmiş futbolçusu Nyu Yorkda məşqçi işləyir VİDEO

30.03.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Futbol üzrə Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Elşən Qəmbərov 16 ildir Nyu-Yorkda yaşayır.

İdman.biz xəbər verir ki, ABŞ vətəndaşlığına malik 52 yaşlı keçmiş futbolçu hazırda Nyu-Yorkda uşaq futbol məktəbində məşqçi kimi çalışır.

Bakıya səfəri zamanı futbol azarkeşlərindən biri onu tanıyaraq videoya çəkib. Hazırkı fəaliyyəti barədə məlumat verən Qəmbərov Azərbaycan futbolu ilə bağlı arzusunu da dilə gətirib.

Qeyd edək ki, 1998-2004-cü illərdə 12 oyunda Azərbaycan millisinin formasını geyinən Qəmbərov Rusiya, Özbəkistan və Qazaxıstanda da legioner həyatı yaşayıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью