Azərbaycan millisinin matçını kim idarə edəcək?

15.09.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Futbol üzrə Azərbaycan milli komandasının Tacikistan seçməsi ilə keçirəcəyi yoldaşlıq matçının hakim təyinatları müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, qarşılaşmanı Moldovadan olan ədalət təmsilçiləri idarə edəcək.

Görüşün baş hakimi Roman Jitari olacaq. Ona yan xətt boyunca həmyerliləri Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Matçın VAR hakimi funksiyasını isə Kamran Bayramov yerinə yetirəcək.

Moldovalı baş referi Roman Jitari cari mövsümdə UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Vestri” (İslandiya) matçında (3:0) da baş hakim olub.

Sentyabrın 23-də “Palms Sports Arena”da təşkil olunacaq Azərbaycan – Tacikistan qarşılaşması saat 20:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью