Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin boksçusu Alfonso Dominges Beynəlxalq Boks Assosiasiyası (IBA) tərəfindən mükafatlandırılıb.
Oxu.Az Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, IBA-nın Dubayda keçirilən konqresində 2024-cü ilin ən yaxşıları fərqləndiriliblər.
Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı olan A.Dominges də ilin ən yaxşıları arasında yer alıb.